Sosial Özəl

Azərbaycanda vərəm əleyhinə xəstəxanalar yenidən təşkil olunur — AÇIQLAMA

Azərbaycanda vərəm əleyhinə xəstəxanalar yenidən təşkil olunur — AÇIQLAMA

Azərbaycanda vərəm əleyhinə xəstəxanalar yenidən təşkil olunur.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəmə nəzarət üzrə cavabdehliyi üzərinə götürdüyü 2020-ci ildən etibarən ölkəmizdə vərəmlə mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, yeni yanaşmalar və texnologiyalarla bağlı bir çox yeniliklər həyata keçirilir.

Belə ki, vərəmin aşkarlanmasının və müalicəsinin ilkin tibbi-sanitariya yardımı sisteminə inteqrasiyası, xidmətin ambulator yardımdan stasionara oriyentirləndirilməsi, vərəmli xəstələrin təyin olunmuş müəyyən meyarlar əsasında hospitalizasiyası təşkil olunur.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrin müalicəsi üçün Vərəm Əleyhinə Dispanserlərin yalnız ambulator poliklinik fəaliyyətlə məşğul olması, stasionar yardımın isə yeni yaradılmış Saray Modul tipli Vərəm Xəstəxanasında aparılması təşkil olunub.

Bundan başqa, dərmanlara davamlı vərəm ştamları ilə yoluxmuş xəstələrin müalicəsi Xüsusiləşdirilmiş Vərəm Əleyhinə Xəstəxanalarda aparılır.

Hazırda Azərbaycanda müalicə üçün müvafiq şərait, xüsusən də vərəmin bütün formaları daxil olmaqla, keyfiyyətli müalicəyə çıxış mövcuddur.

Azərbaycanda vərəm əleyhinə xəstəxanalar yenidən təşkil olunur — AÇIQLAMA
Əhalinin müasir və sürətli diaqnostika metodlarına çıxışının yaxşılaşdırılması və doğru zamanda aparılan adekvat müalicə nəticəsində son illərdə ölkədə vərəmlə bağlı stabil epidemioloji vəziyyət müşahidə edilir.

Əhalinin 100 min nəfərinə düşən yeni vərəm hallarının və residivlərinin qeydiyyat göstəriciləri 2015-2022-ci illər ərzində artmayıb.

Qeyd edək ki, vərəmin profilaktikası, müalicəsi və ona qarşı mübarizə məqsədilə növbəti bir neçə il üçün prioritetlər və strateji istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə TƏBİB-də “Vərəmlə mübarizə üzrə İşçi Qrup” yaradılıb.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az