Türkiyənin müxtəlif rayonlarında təşkil edilən narkotik əməliyyatında daha 99 nəfər həbs olunub. Beləliklə, istintaq çərçivəsində saxlanılanların sayı 133-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata əsasən, polis qrupları eyni anda Diyarbəkir, Elazığ, Mardin, Ağrı, İstanbul, Çankırı, Mersin və Malatyada axtarış əməliyyatı keçirib.
Nəticədə həbs olunanların sayı 133-ə yüksəlib.
Qeyd edək ki, daha 21 şübhəlinin tutulması istiqamətində işlər aparılır.
Aysu Demokrat.az


