Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov İrəvanda Avropa çempionatının açılışı zamanı erməni tərəfindən Azərbaycan Bayrağının yandırılmasına təxribatına münasibət bildirib.
Aydın Yusifov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın bu cür təxribatları beynəlxalq idman qaydalarına ziddir:
"Ermənistanda bayrağımızın yandırılması hadisəsi pisləyirik. Belə hadisələr idman etiketinə uyğun deyil. Biz Ermənistanla düşmən olsaq da, amma düşmənin bayrağına, özünə hörmətlə yanaşmışıq.
2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında cənab Prezidentimiz İlham Əliyev tərəfindən erməni idmançının əli sıxıldı, onun boynuna medal asıldı. Bunun qarşılığı olaraq da, bu gün Ermənistan dövləti bizə qrşı bu riyakarlığı göstərdi. Belə hadisələri pisləyə bilərik".
Şəhanə Demokrat.az


