Sosial

Biləsuvarda "Gender əsaslı zorakılıq" mövzusunda təlim keçirildi — FOTO

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

Biləsuvar rayonunda 12 aprel 2023-cü il tarixindən başlayaraq “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsiçərçivəsində 3 günlük təlimlər keçirilib.

Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi,Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər,insan alveri haqqında qanun, insan alverinin formaları,cavab mexanizmləri və digər mövzuları öyrənib, diskussiyalar apararaq, eləcə də simulyativ oyunların qrup işlərinin aktiv iştirakçısı olub. Təlim zamanı iştirakçılar AUİB-nin “Zorakılıq” filmini izləyərək,filmin müzakirəsini edib.

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

Təlimdə Biləsuvar rayonun (Aşağı-Cürəli,Zəhmətabad,Xırmandalı ,Ovçubərə kəndlərinin ictimai fəalları,müəllim,psixoloq,uşaq birliyi rəhbərləri,pediatr,bələdiyyə icra nümayəndəliklərinin əməkdaşları,Biləsuvar Qadın Resurs Mərkəzinin əməkdaşları eləcə də, Biləsuvar rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən komissiyanın psixoloqu iştirak edib.

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

Təlim zamanı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihənin koordinatoru, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin eksperti, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə təlimçi olaraq iştirak edib.

3 günlük təlimin yekununda iştirakçılar sertifikatlarla təltif olunub.

Qeyd edək ki,layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır: 1. ”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2. “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi 3. ”İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi 4. ”Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi 5. “Azərbaycan Uşaqları” İctimai Birliyi

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

Biləsuvarda Gender əsaslı zorakılıq mövzusunda təlim keçirildi — FOTO

D
demokrat.az