"Malikanə tipli villa sahibləri kənar qaz xətləri çəkməkdə maraqlıdır".
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
O, deyib ki, son aylar ərzində paytaxt ərazisində yaşayan villa sahibləri bu tip qanunsuz üsullara əl atırlar:
"Tez-tez bu kimi hallarla rastlaşırıq. Bildirmək istəyirəm ki, dərhal bu məsələlərin qarşısı alınır və müvafiq olaraq cərimə tətbiq olunur. Vətəndaşları qanundan kənar işlərdən uzaq olmağa dəvət edirik".
Aysu Demokrat.az


