"Hazırda ölkəmizdə iki tip qaz sayağacımız var: öncədən ödənişli və sonradan ödənişli sayağacımız. 2 milyon 489 min abonentimizin 945 min abonenti öncədən ödənişli sayağacdan istifadə edir. Yəni, yalnız smartkart tipli sayağaclardan".
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən Açıq qapı aksiyasında bildirib.
Onun sözlərinə görə, 779 000 abonent əsasən Bakı-Sumqayıt üzrə, regionlar üzrə isə 166.000 abonent öncədən ödənişli smartkart tipli sayğaclardan istifadə edir.
Aysu Demokrat.az


