Dünya Özəl

Ədliyyə işçilərini daşıyan xidməti avtomobil aşdı: Yaralılar var

Ədliyyə işçilərini daşıyan xidməti avtomobil aşdı: Yaralılar var

Türkiyədə ədliyyə işçilərini daşıyan xidməti maşın Cebeci tunelində qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, ədliyyə işçilərini daşıyan xidməti maşınına arxadan avtomobil çırpılıb.

Zərbənin təsirindən avtomobil aşaraq yan tərəfə çevrilib.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda polis, sağlamlıq və xilasetmə qrupu göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova