Hadisə Özəl

Pakistanda faciə: 4 nəfər öldü, 13 nəfər yaralandı

Pakistanda faciə: 4 nəfər öldü, 13 nəfər yaralandı

Pakistanın Kəraçi şəhərində fabrikdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, qısa müddətdə alov böyüyüb və fabrikin bəzi hissələri yanaraq kül olub.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və Təcili Tibbi Yardım qrupları gəlib.

Rəsmilər yanğına müdaxilə edən 4 yanğınsöndürənin hadisə yerində öldüyünü, 13 nəfərin isə yaralandığını bildirib.

Aysu Demokrat.az

D
demokrat.az