Dünya Özəl

Baş nazir Qərbi birləşməyə çağırdı: "Putin Ukrayna ilə dayanmayacaq, növbədə NATO ölkələri var"

Baş nazir Qərbi birləşməyə çağırdı: Putin Ukrayna ilə dayanmayacaq, növbədə NATO ölkələri var

Polşanın baş naziri Mateuş Moravetski Vaşinqtonda ABŞ-ın vitse-prezidenti ilə görüşündə Avropanın ən güclü ordusunu quracaqlarını bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə baş nazir ABŞ-da keçirdiyi rəsmi çıxışında bildirib.

Mateuş Moravetski Rusiyanın təhdidlərinə görə, Avropanın ən güclü ordusunu qurmaq üçün ABŞ-ın müdafiə sənayesi ilə əməkdaşlıq etmək istədiklərini deyib:

"Putin Ukrayna ilə dayanmayacaq, növbədə Polşa və digər NATO ölkələri də var. Mən buna tam əminəm. Ona görə də biz birləşməli və gec olmadan Rusiyanı dayandırmalıyıq".

Aysu Demokrat.az

D
demokrat.az