“Moskva Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin nəticəsi haqqında öz qənaətini bölüşmüşdü. Bu qənaət ondan ibarət idi ki, köhnə münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların regiona cəlb olunması heç bir nəticə verməyəcək”.
Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi əvvəldən bu fikirdə idi ki, Aİ missiyasının iştirakı egionda vəziyyəti gərginləşdirəcək və sabitliyin pozulmasına gətirib çıxaracaq:
“Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və məsələni sülh yolu ilə nizamlanmadan uzaqlaşdıracağını proqnozlaşdırırdıq. İndi biz sabitliyin pozulmasının müxtəlif təzahürlərini acı təəssüf hissi ilə müşahidə etməyə başlayırıq”, – XİN rəsmisi bildirib.


