Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə Çilinin əmək naziri Cennit Jara məlumat verib.
O bildirib ki, daim işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışırlar:
"Bu gün bəzilərinə qeyri-mümkün görünsə də, biz işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağın mümkün olduğunu göstərdik".
Xatırladaq ki, Çilidə həftəlik iş vaxtı 2005-ci ildə 48 saatdan 45 saata endirilmişdi.
Aysu Demokrat.az


