Bir neçə ay öncə dəhşətli zəlzələ zamanı Türkiyənin Kahramanmaraş şəhərində dağılmış iş yerləri və mağazalar fəaliyyətini bərpa edir.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin məsul şəxsi Osman Varol məlumat verib.
O, zəlzələdə ciddi ziyan çəkən biznesmenlər üçün tikilmiş 1 350 mağazanın yenidən fəaliyyətə başladığını bildirib.
Vətəndaşların sosial və ticarət həyatının davam etməsi üçün müvəqqəti bazar sahələri yaratdıqlarını deyən Osman Varol 2 min 700 mağazanın yaxın vaxtlarda yenidən açılacağını söyləyib:
"Hazırda Kahramanmaraşda bu mağazalardan 1350-si artıq fəaliyyətdədir. Digər bölgələrdə də iaşə və biznes obyektləri fəaliyyətə başlayacaq".



Aysu Demokrat.az


