Kriminal Özəl

SON DƏQİQƏ! Bakıda məşhur restoranda qadınlar arasında DAVA

SON DƏQİQƏ! Bakıda məşhur restoranda qadınlar arasında DAVA

Bakının Xətai rayonunda məşhur restoranlardan birində dava düşüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə “Movida Plaza" şadlıq sarayında baş verib.

Şadlıq sarayında nəzarətçi işləyən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel orada xadimə işləyən Yeganəyə xəsarət yetirib.

Hadisə ötən ilin oktyabrın 10-da, saat 00.15-də “Movida Plaza" şadlıq sarayının “Vip" zalında baş verib.

Şadlıq evinin mətbəxi idarə edən şəxs kimi həmin restoranda xadimə işləyən Yeganəyə masadan yemək götürmək istəməsini iddia etməsi səbəbi ilə aralarında yaranmış mübahisə zəmnində ou döyərək xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Günelin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Günel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2022-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin noyabr ayının “Movida Plaza" şadlıq sarayında nəzarətçi kimi işləyib:

“Oktyabrın 9-da, saat 23.45-də şadlıq sarayının "Vip" zalında olan toy bitdikdən sonra dəhlizdən zala daxil olduqda mənimlə eyni restoranda xadimə işləyən Yeganə adlı qadının zalda bəy-gəlin masasının yanındakı masadan yemək götürmək istəməsini gördüm. Restoranda buna icazə verilməməsinə görə, yeganəyə öz iradımı bildirdim. Lakin Yeganə buna məhəl qoymadı. 15-20 dəqiqə sonra təxminən saat 00.15-də yenidən Yeganənin yanına getdim. Təkrar irad bildirdikdə, yenidən məhəl qoymadı və ünvanıma nalayiq ifadələr işlətdi. Bundan qəzəblənərək sağ əlim ilə Yeganənin sifət nahiyəsinə bir dəfə zərbə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Yeganə zaldan çıxaraq gedib:

“Ardınca mən də zaldan çıxdım. Restoranın dəhlizində olan zaman iş yoldaşmı, inzibatçı işləyən İlkin gələrək məndən nə baş verməsini soruşdu. İlkinə hadisəni olduğu kimi danışdım. Sonradan Yeganə əşyalarını götürərək restorandan getdi. Hadisədən biraz keçdikdən sonra polis əməkdaşları yaxınlaşaraq hadisəni sənədləşdirməyə başladılar”. Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Yeganənin sözlərinə görə, restoranın “Vip" zalında olan toy məclisi yekunlaşdıqdan və orada olan insanlar getdikdən sonra zala daxil olaraq masaların yanında olan qab-qacaq rəflərini təmizləməyə başlayıb:

“Bəy və gəlin oturan masanın yaxınlığında olan zaman həmin şadlıq sarayında nəzarətçi işləyən Günel adlı qadın mənə yaxınlaşaraq masalardan yemək götürməyə icazə olmamasını bildirdi. Mən isə masadan yemək götürməməyimi, onsuz da sonda ehtiyacı olanlara mətbəxdə yemək veriləcəyini qeyd etdim. Lakin Günel 15-20 dəqiqə sonra yenidən zala daxil olaraq mənimlə kobud danışdığı üçün ona öz iradımı bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, təxminən saat 00.15-də aralarında mübahisə yaranıb və Günel sağ əli ilə onun sifət nahiyyəsindən bir dəfə vurub:

“Sol gözümün ağrımasını hiss edərək əlim ilə üzümü tutdum və zaldan çıxdım. Həmin vaxt orada işləyən İlkin məndən nə olmasını soruşdu. Mən isə İlkinə Günelin mənimlə mübahisə edərək vurmasını bildirdi. Bundan sonra əşyalarımı götürərək restoranı tərk etdim. 10-15 dəqiqə sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verdim”. Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Günelin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az