Şimali Afrika sahillərindən İtaliyaya yola düşən 2000 miqrant sahil mühafizə qrupları tərəfindən xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, İtaliya sahil mühafizəsi 3 gündə 2 min immiqrantı xilas edib.
Yüzlərlə immiqrantı xilas etmək üçün səylər davam edir.
Lampeduza adasındakı 400 nəfərlik qaçqın düşərgəsində əhalinin sayı 1800 nəfərə yüksəlib.
İtaliya mətbuatının yazdığına görə, Daxili İşlər Nazirliyi immiqrasiya ilə bağlı fövqəladə vəziyyət elan edilməsini istəyir.
Qeyd edək ki, koalisiya hökuməti tənqidlərin mərkəzindədir. Koalisiya miqrant qayıqlarını dayandırmaq üçün verdiyi vədləri yerinə yetirməməkdə ittiham olunur.
Aysu Demokrat.az


