Hadisə Özəl

SON DƏQİQƏ! Aeroport yolunda ağır qəza...

SON DƏQİQƏ! Aeroport yolunda ağır qəza...

Paytaxtın Xəzər rayonu, Bakı-Mərdəkan şosesində ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, aeroport yolunda yük avtomobili ilə "Kia" markalı minik avtomobili toqquşub.

Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkət edərkən qəza törədib.

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb.

Qəza yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Yaralıların vəziyyəti məlum deyil.

Aysu Demokrat.az

D
demokrat.az