Dünya

Bayden koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etdi

Bayden koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etdi

ABŞ Prezidenti Cozef Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edən qanunu imzalayıb” - Ağ Ev bəyan edib.

ABŞ-da fövqəladə vəziyyət rejimi 31 yanvar 2020-ci ildə tətbiq edilib və aprelin 11-də başa çatıb.

Əvvəlcə hökumət fövqəladə vəziyyəti daha bir ay uzatmaq istəsə də, ABŞ Konqresi fövqəladə vəziyyətə dərhal son qoymaq üçün qanun layihəsini təsdiqləyib.

D
demokrat.az