Estoniyanın Baş naziri Kaja Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.
Bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, - məlumatda deyilib. Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaja Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.


