Sosial

Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının iyirminci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-dəimsak vaxtısaat 04:40-da,iftar vaxtıisə 19:29-dadır.

Aprelin 11-i üçünnamaz vaxtları:

Sübh azanı04:45 Zöhr azanı12:42 Əsr azanı17:20 Məğrib azanı19:29 İşa azanı20:33

İyirminci gününimsak vaxtıüçün duanı təqdim edirik:

Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin.

Tərcüməsi:İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

NE
Nihadə Eyyubova