ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri olan Luisvildə baş verən atışmada çox sayda insanın öldüyü açıqlanıb.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı polis idarəsi Tvitter hesabından açıqlama verib.
Açıqlamada bildirilib ki, Şərqi Main məhəlləsində hücumçu olması xəbərləri doğrudur:
"Lütfən, ərazidən uzaq durun.
Məsələ ilə bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. FTB agentləri hadisə yerinə gedib".
Kentukki qubernatoru Endi Beşar hücumdan dərhal sonra bölgəyə getdiyini açıqlayıb.
Aysu Demokrat.az


