Siyasət

İran və Rusiya yüklərin Xəzər vasitəsilə daşınmasını müzakirə ediblər

İran və Rusiya yüklərin Xəzər vasitəsilə daşınmasını müzakirə ediblər

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş və Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin Xəzər dənizi vasitəsilə yüklərin multimodal daşınması və dəniz tranziti məsələlərini müzakirə ediblər.

Yeniavaz.comMehr agentliyinə istinadən xəbər verir ki,Levitinlə Tehranda görüşdə Bəzrpaş iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın qarşılıqlı faydalı olması barədə fikirlərini bildirib.

Bəzrpaş iki ölkə arasında aviasiya əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyinə toxunaraq deyib: “Xəzər dənizi dəhlizləri, o cümlədən Şərqi və Qərbi Xəzər dənizi dəhlizləri boyunca dəniz marşrutlarının tranzit imkanlarının genişləndirilməsi Qafqazda quru nəqliyyatının intensivliyinin azaldılmasında da effektiv ola bilər”.

NE
Nihadə Eyyubova