Dünya

“Patriot” sistemləri tezliklə Ukraynaya gətiriləcək

“Patriot” sistemləri tezliklə Ukraynaya gətiriləcək

ABŞ, İtaliya və Fransanın vəd etdiyi “Patriot” və SAMP/T zenit-raket kompleksləri tezliklə Ukraynaya gətiriləcək.

APAxəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Amerikanın F-16 qırıcılarını Qərbdən almaq istərdi.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlamışdı.

NE
Nihadə Eyyubova