Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ilin mayında Almaniyaya səfər edə bilər.
Demokrat.az xəbər verir ki, bu, onun müharibə başlayandan sonra Almaniya ərazisinə ilk səfəri olacaq.
Məlumatda bildirilir ki, V.Zelenski Karl Mükafatının təqdim edilməsində iştirak edə bilər. Mükafatlandırma mərasimi Axendə baş tutacaq. Kansler Olaf Şolz orada tərif nitqi söyləyəcək. V.Zelenskinin tədbirdə iştirak etmək üçün ora şəxsən gələcəyi planlaşdırılır.//APA


