Gündəm

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz hərəkət edib

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz hərəkət edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 4 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 67-yə çatıb.

NE
Nihadə Eyyubova