Texnologiya nəhəngi "Bayraktar TB2" pilotsuz uçuş aparatını Yaponiya da sınaqdan keçirəcək.
Demokrat.az xəbər verir ki, dünya miqyasında böyük uğurlara imza atan "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı qlobal miqyasda böyük diqqət çəkməyə davam edir.
Yaponiya milli mətbuatında yer alan xəbərə görə, "Bayraktar TB2", Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra daha da diqqət çəkib.
Yaponiya Müdafiə Nazirliyinin 2023 maliyyə ili çərçivəsində "Bayraktar TB2" aparatına xüsusi büdcə ayrılacaq.
Xatırladaq ki, Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro aprelin 1-də Baykarda olub və İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.
Aysu Demokrat.az


