Gündəm

Ramazan ayının on yeddinci gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının on yeddinci gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının on yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-dəimsak vaxtısaat 04:46-da,iftar vaxtıisə 19:26-dadır.

Aprelin 8-i üçünnamaz vaxtları: Sübh azanı04:51 Zöhr azanı12:43 Əsr azanı17:18 Məğrib azanı19:26 İşa azanı20:30

On yeddinci gününimsak vaxtıüçün duanı təqdim edirik:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!” Tərcüməsi:“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!” İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul eləsin!

NE
Nihadə Eyyubova