Region Özəl

"Kurtlar Vadisi"nin məşhur aktyoru üsyan etdi — VİDEO

Kurtlar Vadisinin məşhur aktyoru üsyan etdi — VİDEO

"Kurtlar Vadisi" serialının məşhur aktyoru Hakan Boyav Türkiyədə mədəniyyət mükafatlarının ədalətsiz verilməsi ilə bağlı tənqidi çıxışlar səsləndirib.

Demokrat.az xəbər verir ki, aktyor bu barədə "TVnet"ə danışıb.

O bildirib ki, ölkədə ümumi mükafatlandırma sistemi ədalətli deyil:

"Uzun illər boyu musiqi mükafatları verilib. Bunlardan bir dənəsinə belə "Kurtlar Vadisi" filminin musiqisi layiq görülməyib. Aktyorların siyasi mövqeyini, qabiliyyətini, kinonu, ssenarini bəyənməyə bilərsən. Amma nə üçün indiyədək "Kurtlar Vadisi"nin hər hansı musiqisinə mükafat verilməyib? Dünyada demək olar ki, çox böyük bir kütlənin telefon musiqisi "Cendere"dir. Bütün bunlara baxmayaraq, bu musiqiyə 1 dənə də olsun mükafat verilməyib. Amma ən bayağı mahnılar dərhal mükafata layiq görülür. Ümumiyyətlə, ölkəmizdə ümumi mükafat sistemi ədalətsizdir".

Aysu Demokrat.az
NE
Nihadə Eyyubova