Şirvan şəhər sakini Məstəliyev Taleh Sabir oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasından qovulduğunu iddia edir.
Demokrat.az xəbər verir ki, Taleh Məstəliyev öz videomüraciətində Şirvanda çalıçan məmurların yaratdığı bürokratik əngəllər səbəbindən intihara cəhd etdiyini söyləyib.
Taleh Məstəliyev Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Kamil Əhmədovun qəbuluna düşə bilmədiyini deyir:
"Mən YAP-ın üzvüyəm, 9 nəfərdən ibarət olan ailə mənim tabeçiliyimdədir, sosial durumum olduğca ağır vəziyyətdədir, kominal xidmətləri gəlib kəsiblər, ödəyə bilmirəm. Dəfələrlə icra başçısının və Kamil Əhmədovun qəbulunə gəlmək istəmişəm, buraxmayıblar. Mən buradan cənab Prezidentə müraciət edirəm, xahiş edirəm mənə kömək olunsun. Bu adamlar nə sizi, nə də bizi saymırlar, dövlətə xəyanət edirlər. Xahiş edirəm ki, tədbir görün, yoxsa bunlar məni öldürəcəklər".
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti Demokrat.az-ın İnformasiya Sorğusunu cavablandırmayıb.
Həsən Demokrat.az


