Dünya

Bu ölkələr Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdı

Bu ölkələr Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdı

NATO-nun Ukrayna ilə bağlı danışıqlarının təfərrüatları açıqlanıb.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Almaniya və Macarıstanla birlikdə Polşa və Baltikyanı ölkələrin təklif etdiyi Ukrayna-NATO əlaqələrinin möhkəmlənməsinə və onun gələcək üzvlüyünə açıq şəkildə dəstək vermək cəhdlərinə qarşı çıxıb.

Qeyd edək ki, Ukrayna ötən il Rusiyanın xüsusi əməliyyata başlamasından sonra NATO-ya üzv olmaq üçün müraciət edib.

NE
Nihadə Eyyubova