Dünya Özəl

İraqlılar: “Səddam Hüseynin dövründə daha yaxşı idik”

İraqlılar: “Səddam Hüseynin dövründə daha yaxşı idik”

İraqda Səddam Hüseyn rejiminin ABŞ və müttəfiqlərinin işğalı ilə sona çatmasından 20 il keçir. 20-ci ildönümündə keçirilən yeni sorğu nəticəsində məlum olub ki, iraqlıların əksəriyyəti Amerikanın işğalından sonra ölkədə vəziyyətin pisləşdiyini düşünür.

Demokrat.az xəbər verir ki, bu barədə Qlobal qeyri-kommersiya sorğu təşkilatı olan "Gallup International" ictimai rəy sorğusu keçirib.

Sorğuda İraqın hazırkı vəziyyəti ilə ABŞ-ın işğalından əvvəlki vəziyyəti arasındakı fərq barədə suallar səsləndirilib.

Respondentlərin 60 faizi hazırda vəziyyətin daha pis olduğunu, 40 faizi isə daha yaxşı olduğunu bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova