Hadisə

Erməni qızın "Noldu, Paşinyan" sevgisi — VİDEO

Erməni qızın Noldu, Paşinyan sevgisi — VİDEO

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr edilən bir çox bəstələr, meyxanalar, mahnılar var və günü bu gün də artmaqdadır.

Lakin "Noldu, Paşinyan" mahnısı o ifalardan oldu ki, ona nəyinki Azərbaycanda, Azərbaycandan kənarda da çox qulaq asıblar.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, bunu təsdiqləyən hadisə elə bu günlərdə Rusiyada baş verib. Belə ki, mahnının ifaçısı Elçin Göyçaylı Moskvada əyləşdiyi restoranlardan birində ona bir xanım yaxınlaşıb. Elçini "Noldu, Paşinyan" mahnısı ilə tanıdığını və o mahnısını çox sevdiyini bildirib.

Azərbaycanlı ifaçı gənc qızdan hansı ölkədən olduğunu soruşanda məlum olub ki, qız ermənidir.

Bu da onlar arasında sözügedən dialoq:

D
demokrat.az