Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstandakı Taliban Administrasiyasının ölkə qadınlarının bu təşkilatda işləməsini qadağan etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Taliban rəhbərliyinin bununla bağlı BMT-yə şifahi məlumat verdiyi bildirilib.
BMT Talibanın bu qərarının “qəbuledilməz və ağlasığmaz” olduğunu bəyan edib.
Bundan əlavə, BMT Əfqanıstandakı bütün işçilərdən növbəti 48 saat ərzində işini dayandırmağı xahiş edib.
BMT rəsmiləri Taliban Administrasiyası ilə görüşərək, məsələyə aydınlıq gətirilməsini gözləyir.
Aysu Demokrat.az


