Türkiyədə, Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.
Demokrat.az xəbər verir ki, gəmidə olan 14 nəfərdən 5-i xilas edilib. 9 nəfərin axtarışları isə davam edir.
Məlumata görə, İskəndərundan Ukraynanın İzmail limanına getmək üzrə olan Qvineya bayraqlı ticarət gəmisinin batmaq üzrə olduğu məlumatı alınıb. Daha sonra bölgəyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib.
Ekipaj üzvlərindən 14-nün Suriya vətəndaşı olduğu və hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu tərəfindən araşdırma başladığı bildirilib.




