İş adamı Azad Kərimov maşın kolleksiyaçısıdır. 64 yaşlı Kərimovun 50 klassik avtomobildən ibarət kolleksiyası var. Bakıda yaşadığı evin həyətində inşa etdiyi qarajda az və ya limitli sayda istehsal edilən maşınları görmək mümkündür. Çoxu Rusiya, Almaniya və ABŞ istehsalı olan nadir maşınların yerləşdiyi qaraj bir növ muzeyə bənzəyir. "Qarajda olarkən bütün probləmlərimi unuduram" deyən Azad Kərimov bəzən maşınlardan birinə minərək Bakının küçələrində sürür.
Demokrat.az iş adamının maşın kolleksiyasının görüntülərini təqdim edir:


