Dünya Özəl

İngiltərədə bu nazir sürət həddini aşdığına görə maşın sürə bilməyəcək

İngiltərədə bu nazir sürət həddini aşdığına görə maşın sürə bilməyəcək

İngiltərədə nazir Robert Cenrik sürət həddini aşdığı iddiası ilə açılan məhkəmə nəticəsində 6 ay müddətinə maşın sürə bilməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumatlar öz əksini tapıb.

Yayılan xəbərlərə görə, Cenrik avtomobil yolunda sürət həddini aşıb.

Məhkəmədə saatda təxminən 110 kilometr sürətlə getdiyini etiraf edən nazir, məhkəmə nəticəsində altı ay avtomobil idarə edə bilməyəcək.

Xatırladaq ki, o, həmçinin 2021-ci ildə sürətli idarə etməyə görə 307 funt sterlinq və 3 cərimə balı ilə cərimələnib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova