Region Özəl

Təbrizdə şagirdlər zəhərləndilər

Təbrizdə şagirdlər zəhərləndilər

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində məktəbdə 20 qız şagirdin zəhərləndiyi bildirilib.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı İran mətbuatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Təcili Yardım Mərkəzinin sədri Əsgər Cəfəri məktəblilərin vəziyyəti ilə bağlı açıqlama verib.

O bildirib ki, şagirdlərin vəziyyəti artıq yaxşıdır:

“15 yaşlı 20 şagird tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Onlar Təbrizin Bağmişeh rayonunda yerləşən Sina xəstəxanasına aparılıb, vəziyyətləri yaxşıdır”

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova