Gündəm

Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının on dördüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-dəimsak vaxtısaat 04:51-də,iftar vaxtıisə 19:23-dədir.

Aprelin 5-i üçünnamaz vaxtları:

Sübh azanı04:56 Zöhr azanı12:44 Əsr azanı17:16 Məğrib azanı19:23 İşa azanı20:26

On dördüncü gününimsak vaxtıüçün duanı təqdim edirik: “Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!” Tərcüməsi: “İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul eləsin!

NE
Nihadə Eyyubova