Gündəm

Ramiz Mehdiyev Mədət Quliyevi kollektivə təqdim etdi

Ramiz Mehdiyev Mədət Quliyevi kollektivə təqdim etdi

Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi fəaliyyətə başlayıb.

Demokrat.az-ın xəbərinə görə, M.Quliyev öncə DTX-nin Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

Daha sonra isə Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim olunub.

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.(Qafqazinfo)

D
demokrat.az