Dünya Özəl

Monteneqronun 30 illik lideri seçkilərdə məğlub oldu

Monteneqronun 30 illik lideri seçkilərdə məğlub oldu

Otuz ildən artıqdır ki, prezident və ya baş nazir vəzifələrində çalışmış Milo Cukanoviç bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda böyük məğlubiyyətlə üzləşib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı mərkəzi siyasətçi və keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç prezident seçilib. Milatoviç ölkəsinin yaxın 5 il ərzində Avropa Birliyinə (Aİ) üzv olacağına söz verib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova