Gündəm

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz VAXTLARI

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz VAXTLARI

Sabah Ramazan ayının on üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtısaat 04:53-də,iftar vaxtıisə 19:22-dədir.

Aprelin 4-üüçünnamaz vaxtları: Sübh azanı04:58 Zöhr azanı12:44 Əsr azanı17:16 Məğrib azanı19:22 İşa azanı20:25

On üçüncü gününimsak vaxtıüçün duanı təqdim edirik:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!” Tərcüməsi:“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul eləsin!

NE
Nihadə Eyyubova