Region Özəl

SON DƏQİQƏ! İranda hicab taxmadıqları üçün qadınlara hücum edildi

SON DƏQİQƏ! İranda hicab taxmadıqları üçün qadınlara hücum edildi

İranın Məşhəd şəhərində hicabsız gəzən 2 nəfər qadın kişi tərəfindən hücuma məruz qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, İranın molla rejiminə xidmət edən polislər sözügedən qadınları müdafiə etmək əvəzinə, hicab taxmadıqları üçün həbs ediblər.

Yerli sakinlər isə deyir ki, mağazada ərzaq alış-verişi edən 2 nəfər qadının baş örtüyü açılıb. Bunu görən kişi həmin qadınlara hücum edib.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin hicaba görə öldürülməsi ilə bağlı etirazlar hələ də davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova