Gündəm Özəl

Sabiq nazir: "İran Azərbaycana hücum edərsə, qardaş Türkiyəni qarşısında görəcək"

Sabiq nazir: İran Azərbaycana hücum edərsə, qardaş Türkiyəni qarşısında görəcək

"Postsovet məkanında İsraildə səfirlik açan sonuncu ölkə Azərbaycandır. İran uzun müddətdən bəri Azərbaycanın İsraildə səfirliyinin açılmasına qarşı çıxırdı. Ölkəmizə irad tutanlar yaddan çıxarmasın ki, Azərbaycan da İran tərəfindən Ermənistana yönəlik bəyanatları izləyir. Təbii ki, bir çox hallarda bu bəyanatları anti-Azərbaycan mesajları kimi qiymətləndirilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Azərbayacan qarşı təhdidləri ilə bağlı danışarkən deyib.

Politoloq bildirib ki, əgər İran Azərbaycana hücum edərsə, ilk növbədə qardaş Türkiyəni qarşısında görəcək:

"Bu öhdəliklərin həyata keçirilməsi heç kəsdə şübhə yaratmır. Əlbəttə ki, bu məsələ gündəmə gələrsə, həm Türkiyə Azərbaycan qarşısında, həm də Azərbaycan Türkiyənin qarşısında öz öhdəliklərini tam şəkildə həyata keçirəcək. İki ölkə arasında Şuşa Bəyannaməsi var, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu müttəfiqlik sənədi tam qüvvədədir".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova