Gündəm Özəl

Qənimət Zahiddən 1 aprel ŞAKASI

Qənimət Zahiddən 1 aprel ŞAKASI

Onlar təkcə savadsız yox, həm də saxtakardırlar. Söhbət AXCP sədri Əli Kərimlinin “sözçüsü”, hazırda Avropada yaşayan və bekarçılıqdan bütün günü sosial şəbəkələrdə “fırlanan” Qənimət Zahiddən gedir. Onun, ümumiyyətlə aid olduğu çevrənin savadsızlığı dillər əzbəridir.

Prezident İlham Əliyevin Almaniya səfəri “H.E Aliyev” məsələsində özlərini el dili ilə desək “yandırdılar”. “H.E. Aliyev” ifadəsi ingilis dilində “His Excellency Aliyev”dir, tərcüməsi “Zati-aliləri Əliyev” deməkdir. Azərbaycan prezidentinin alman iş adamları ilə görüşündə önünə qoyulan bu isimliyi Qənimət Zahid başda olmaqla Əli Kərimlinin hakimiyyətə iddialı olan komandası “almanlar Prezident İlham Əliyevin adını Heydər Əliyevlə səhv salır” kimi təqdim etdilər, bununla nə qədər cahil olduqlarını da ifşa etmiş oldular.

Cahillikləri ortaya çıxanda isə heç nə olmamış kimi dişlərini ağardaraq, “hırıllamaq”dan başqa heçnə nə etmədilər.

Eyni cahilliklərini yenə davam etdirirlər, həm də saxtakarlıqla birlikdə. Qənimət Zahid yenə öz ampulasındadır. Sosial şəbəkə hesabında Prezident İlham Əliyevin Azərbaycanda dinlə bağlı sərəncam imzaladığı yalanını paylaşıb. Paylaşımında guya zarafat edirmiş kimi cahilliyini və saxtakarlığını nümayiş etdirib. Hətta “Azərtac”dan saxta link də paylaşıb. Rəsmi dövlət agentliyinin saytında isə belə bir məlumat yoxdur, ümumiyyətlə paylaşdığı linkdə heç nə çıxmır.

Qənimətin bu saxtakarlığının iki səbəbi ola bilər. Ya öz aləmində “1 aprel zarafatı” edir, ya da həmişə olduğu kimi içib, paxmel vəziyyətindədir, ağlına gələni yazıb. Onun paxmel vəziyyətdə elədiyi “1 aprel zarafatı” əslində insanları ələ salmaqdır. Buna görə də onun iddiasına heç kəs reaksiya verməyib, çünki artıq insanlar onun saxtakar, oyunbaz, istedadsız və cahil olduğunu anlayır.

Vaqif Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova