Siyasət

BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib

BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib.

Xanım Bik Lum qurumun Azərbaycanda yeni nümayəndəsi təyin olunub.

Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb.

NE
Nihadə Eyyubova