Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bu gün keçirilən "Açıq qapı" aksiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi olub.
Demokrat.az xəbər verir ki, tədbirdə ilk olaraq “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev çıxış edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən danışıb.
O bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qan yaddaşımızın silinməz ağır səhifəsidir.
Daha sonra tədbir iştirakçıları 31 Mart - Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aysu Demokrat.az


