Hadisə

Türkiyədə avtobus qəzası — Ölən və yaralananlar var

Türkiyədə avtobus qəzası — Ölən və yaralananlar var

Türkiyənin Yozqat şəhərinin Yerköy rayonunda sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Demokrat.az “Anadolu”ya istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Sivas-Ankara marşrutu üzrə hərəkət edirdi.

Qəza yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

D
demokrat.az