Dünya Özəl

Zelenski Si Cinpini Ukraynaya dəvət etdi

Zelenski Si Cinpini Ukraynaya dəvət etdi

Ukrayna prezidenti Vladimir Zelenski Çindən olan həmkarı Si Cinpini kiyevə dəvət edib.

Demokrat.az xəbər verir ki, Zelenski bu barədə "Associated Press"-ə danışıb.

Çin lideri ilə görüşmək istədiyini deyən Zelenski müharibədən əvvəl Si Cinpinlə təmaslarının olduğunu, lakin sonradan aralarında heç bir əlaqənin olmadığını bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Çinli həmkarı Si Cinpini ötən həftə Moskvada təntənəli mərasimlə qarşılamışdı.

Aysu Demokrat.az

D
demokrat.az