Gündəm

Evinin qarşısında güllələnən Fazil Mustafa əməliyyata alındı

Evinin qarşısında güllələnən Fazil Mustafa əməliyyata alındı

Xəbər verdiyimiz kimi,Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb.

Bu barədəRedaktor.az-a millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur:

"Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarınıincələyirlər".

NE
Nihadə Eyyubova