Kriminal Özəl

Bu ölkənin həbsxanası məhbusları qəbul etməkdən imtina etdi — SƏBƏB

Bu ölkənin həbsxanası məhbusları qəbul etməkdən imtina etdi — SƏBƏB

Belçikanın ikinci böyük şəhəri olan Antverpendə həbsxana mühafizəçiləri yeni gətirilən məhbusları qəbul etməyiblər.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, mühafizəçilər həbsxanadakı şəraitin insanlıqdan kənar olduğunu əsas gətirərək, yeni məhbusları qəbul etməmək qərarına gəliblər.

Keçirilən bu aksiyadan sonra Belçika Ədliyyə Nazirliyi məhbusları müvəqqəti olaraq başqa həbsxanaya köçürməyə başlayıb.

Mühafizəçilərin sözlərinə görə, həbsxanadakı şərait qeyri-insanidir.

Qeyd edək ki, hazırda sözügedən həbsxanada 439 nəfərdən ibarət kişi bölməsində 719 məhbus var.

Aysu Demokrat.az

D
demokrat.az