Əməkdar artist Vahid Əliyev efirdə Oqtay Əliyevin xatirəsini anarkən göz yaşlarına hakim ola bilməyib.
Demokrat.az xəbər verir ki, Vahid Əliyev Lalə Azərtaşın aparıcılığı ilə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində Oqtayla bağlı bunları deyib:
"Mənim Oqtayla salamım var idi. Ancaq sənət dostlarımı, yəni atasını və anasını daha yaxşı tanıyırdım. Oqtayın qardaşı ilə də daha çox haqq salamın var idi.
Təəssüf ki, itirə-itirə gedirik. Oqtay maraqlı televiziya işçisi idi. Mənə təsir edən başqa şeydir. Allah heç bir valideynə övlad dağı göstərməsin! Allah rəhmət etsin! Vidadi, sənə qurban başın sağolsun, həyatdır".
Nəzrin Demokrat.az


