Fransada hökumət pensiya yaşının iki il artırılmasını nəzərdə tutan qanun layihəsinə olan etirazlardan sonra böhrandan çıxış yolları axtarır.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Elizabet Born "AFP" xəbər agentliyinə bildirib.
Nazir bildirib ki, o, yeni pensiya qanunu ilə bağlı müzakirələrə son qoymaq üçün müxalifət və həmkarlar ittifaqı ilə görüşəcək.
Hökumət pensiya qanununun parlament tərəfindən təsdiq olunmamasından əvvəl tətbiq edilməsinə çalışdığı üçün etirazlar daha da şiddətlənib.
Fransa prezidenti Emmanuel Makron isə qanunun ləğv edilməsini istəmir.
Bildirilib ki, Makron parlamentdə kifayət qədər səs toplamaq üçün baş nazirə dəstək almaq tapşırığı verib.
Aysu Demokrat.az


